Yaşayış və qeyri yaşayış sahələrinin mühafizəsinin gücləndirilməsində istifadə olunan muasir texnologiyalar, istənilən əmlakın və onların sahiblərinin qorunmasının etıbarlılığını təmin edir. Arzuolunmaz şəxslərin və quldurları gözlənilməz ərazinizə daxil olmalarının qarşısının alınmasını ən etibarlı və efektivi –domofon quraşdırılmasıdır.
Domofon nədir?
Domofon vasitəsi ilə yaşayış və müxtəlif istehsal ərazilərinin təhlükəsizliyi təmin edilir. Bu qurğu binada olan şəxsə imkan verir ki, əraziyə daxil olmaq istəyən şəxslə danışıq dəsti vasitəsi ilə danışıq aparsın. Domofon istifadəsi sizə seçim imkanı verir ki, gələn şəxsi içəri buraxasız və yaxud buraxmayasız.
İstehlakçınin domofonun quruluşu haqda aydın təsəvvürü olmalıdır.
Domofon nədən ibarətdir?
Çagırış qurgusu
Çagırış qurgusu binanin girişində, qapının üzərində və yaxur digər bir yerdə quraşdırılır. Binaya və yaxud ofisə daxil olmaq istəyən ziyarətçi çağırış qurğusu vasitəsilə onun sahibi ilə əlaqə yaradır. Qurgu mütləq antivandal olmalıdır. Mənzili və yaxud ofisi yığmaq üçün uzərində düyməciklər olmalıdır, hansılar ki, çox halda işıqlandırılır. Həmçinin əksər qurğularda videokamera və açar oxunuşu dəsti quraşdırılır.
Kommutator
Bunun vasitəsi ilə, çagırış qurğusundan ötürülən çagırış çağırıları mənzillərə yönəldilir. İş prinsipi telefonun iş prinsipi ilə eynidir. Qurğu vasitəsi ilə ziyarətci ev sahibi ilə əlaqə yaradaraq ziyarətinin məqsədini izah edir.
Danışıq dəsti
Qurğu yaşayış sahəsinin sahibinə zıyarətçi ilə əlaqə qurmasına və ondan ziyarətinin məqsədini dəqiqləşdirdikdən sonra, qurğunun üzərində yerləşən düymə ilə giriş qapısının kilidini aşmağa imkan verir.
Müasir domofon:
- Hava şəraitindən asılı olmayarag işlək;
- Estetik zahiri qörünüşə malik;
- Kənar təsirlərə davamlı (antivandal sistemli);
- Təhlükəsizlik istismar standartlara uygun;
- Etibarlı və fasiləsiz funksiallaarını yerinə yetirməyə malik olmalıdır.
- Domofonun montaj-quraşdırılması istehsalcı şirkətin tələblərinə uygun həyata keçirilməlidir.
Secim edirik: audio və yaxud videodomofon
Domofon montajı – bu xidmət müştərilər tərəfindənən son zamanlarda daha çox tələb olunan xidmətdir. Bizim şirkət tərəfindən təqdim olunan təklifləri dəyərləndirərək siz seçiminizi edə bilərsiniz.
Audiodomofon
Sizə, ərazinizə daxil olmağa niyətli olan insanla əlaqə yaratmağa imkan yaradır. Audiodomofonun qurluluşu belədir: bayır qurğusu qapının üzərində, daxili qurğu isə içəridə quraşdırılır.
Videodomofon
Daha müasir elektron sistemini seçmək olar. Bu, otağdan çıxmadan girişdə vəziyyətin stabil, təhlükəsiz və nəzarət altında olmasıyla yanaşı, ziyarətçinin şübhə doğurmadığını müşahidə etməyə imkan verir.
Siz qonağınızla görüşmədən öncə onun haqda müəyyən fikrə gələ bilərsiniz.
Girişdə müşahidə kamerası quraşdırılır hansı ki, öz növbəsində görüntünü mənzildə yerləşən monitora ötürür.
Audiodomofonda olduğu kimi burada da giriş qapısının kilidinin açılması üçün düymə yerləşdirilib. Müxtəlif modellərdə ağ-qara və yaxud rəngli monitorlar quraşdırılır, o da öz növbəsində domofon dəstinin qiymətinə öz təsirin göstərir.
Videodomofonun quraşdırılması-sizin demək olar ki, yüz faiz rahatlığınızın və təhlükəsizliyinizin təminatıdır.
Mürəkkəb audio və videodomofon sisteminin montaj-quraşdırılması və tənzimlənməsi müəyyən bilik və təcrübə tələb edir. Bahalı avadanlığı asanlıqla zədələmək olar, buda öz növbəsində zəmanətli təmir imkanını birdəfəlik ləğv edir.
Əgər siz çöxmənzilli binanızın blokunun girişinə, fərdi evinizə, ofisinizə və yaxud istehsal müəssənizin girişində xüsusi qurğunun qurşdırılması qərarına gəlmisinizsə hansı ki, sizin yaşayış yerinizin və yaxud konkret yerləşdiyiniz sahədə təhlüksizliyinizi tam təmin edir. Arzuedilməyən, gözlənilməz ziyarətlərin qarşısını alır və müxtəlif kateqoriyalı şubhəli şəxslərin daxil olmalarını məhdudlaşdırır – siz duşunulmuş və tam düzgün qərar qəbul etmisiniz.
Şirkətimiz istyinizə əsasən çoxmənzilli binaya və yaxud fərdi evinizdə montaj-quraşdırmanı həyatə keçirə bilər.
Çoxmənzilli binada montaj-quraşdırma
Məxsusi çoxmənzilli binalarda audiodomofon sisteminin quraşdırılması qiymət əlverilişliyindən bu günki gündə daha çox tələb olunandır. Bu halda çoxmənzilli domofondan istifadə olunur.
Çoxmənzilli binada domofonun quraşdırılması – sizin təhlükəsizliyinizin təminatının efektiv və azbüdcəli həlli yoludur.
Əgər siz bu sistemi seçmisinizsə bizimlə əlaqə saxlayaraq sifarişinizi verə bilərsiniz. Biz binanızda domofon sisteminin sizə uyğun qrafikə əsasən montaj-quraşdırılmasını həyatə keçirə bilərik.
Fərdi evinizdə montaj-quraşdırma
Yaşayış yerinin təhlükəsizliyinin təminatı xüsusən çoxt vaxt yaşlı insanların, uşaqların baxımsız qaldığı və yaxud şəhərdən kənarda yerləşən, məsələn bağ evlərində daha vacibdir.
Fərdi evlərdə az saylı domofon sistemi tətbiq edilir. Bu növ domofonlar giriş qapısında və yaxud darvaza üzrəndə yerləşdirilir.
Ofis sahəsində montaj-quraşdırma
Müxtəlif şirkət və müəssələr öz ərazilərinin mühafizəsinin təminatının gücləndirilməsi məqsədi ilə domofon sisteminin imkanlarından istifadə edirlər.
Peşəkarlıq və təcrübə
Yüksək keyfiyyətin və peşəkarlığın birləşməsi sayəsində bizim şirkətimiz bu sahədə yüksək nüfuz və inam qazanmışdır. İllərdir ki, tərəfimizdən müxtəlif növ domofon sistemlərinin keyfiyyətli quraşdırılması və tənzimlənməsi müxtəlif obektlərdə həyata keçirilir.
Peşəkar mütəxəssislərimiz qısa zaman ərzində sizə uyğun domofon sisteminin layihə smeta sənədlərinin hazırlayaraq, qiymətin hesablanmasını və montaj –quraşdırmasını həyatə keçırərlər. Optimal variant elə seçilir ki, avadanlıq uzun müddət işləsin və sizin rahatlığınızı pozmasın. Ümumi işlər adətən üç gün ərzində yerinə yetirilir.
Montaj işlərinin qiymətinin hesablanması fərdi həyata keçirilir. Binanın blokunun komunikasiya xüsusiyətləri, yaşayan sakinlərin sayı və fərdi evlərin xüsusiyətləri nəzərə alınır. Yüksək keyfiyyətə malik etibarlı avadanlığa seçim verilir.
Biz çoxmənzilli binanın blok girişinə yüksən keyfiyyətli, təhlüksizliyi təmin edən qapının quraşdırılmasını təklif edirik. Sakinlərin seçimindən asılı olaraq mənzildə audio və yaxud videodomofon qurğusu quraşdırılır.
Şirkətimiz ciddi sertifikatlaşmadan keçmiş avadanlıqlara seçim imkanı verir. Montaj-quraşdırmada yüksək keyfiyyətli materiallardan istifadə olunur.
Biz düşünülən və yumşaq qiymət siyasəti aparırı ki, buda öz növbəsində müxtəlif təbəqəli müştərilərin cəlb edilməsinə zəmin yaradır. Gülərüz məsləhətçilərimiz hər zama sizlərə kömək etməyə hazırdılar.
Bizim prinsipimiz – müştərilərin hər hansı probleminə peşəkar yanaşmaqdır.
Bakı şəhərində çoxmənzilli binalarda, fərdi evlərdə, ofislərdə və müəssələrdə montaj-quraşdlrmanı biz tez və keyfiyyətlə həyata keçiririk.