CYFRAL BAKI

TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİNİN QURAŞDIRILMASI VƏ SERVİSİ

(+99412) 436 0218
(+99451) 399 2941
(+99455) 699 2941
(+99470) 999 2941
Tel:
Slayd 1
Slayd 3
Slayd 4
Slayd 5
Slayd 6
Slayd 7

Haqqımızda

"CYFRAL BAKI" MMC 2011 ci ildən fəaliyyət göstərir. "CYFRAL BAKI" MMC – Rusiyanın "CYFRAL" zavodunun Azərbaycanda tərəfdaşıdır. Cyfral avadanlıqları yüksək keyfiyyətə, texniki göstəricilərə və xassələrə malikdirlər. Asan istismarı, çox funksiyalılığı və stabil işləməsi ilə seçilir.

Avadanlıqların çeşidləri genişdir:

  • •Az və çox abonentli çağırış blokları;
  • •Qida qurğuları;
  • •Komutatorlar;
  • •Danışıq dəstəkləri;
  • •Açar qurğuları, Rfid (EM- Marin, Mifare) və DALLAS DS1990A elekrton açarlar, Proksimiti kartlar;
  • •Elektromaqnit kilidlər, çıxış düymələri, nəzarətetmə qurğuları;
  • •Adapterlər, proqramatorlar, summatorlar, digər avadanlıq və qurğular.

Yüksək keyfiyyətli və geniş çeşiddə avadanlıqların daim anbarda mövcudluğu "CYFRAL BAKI"-nın müştərilərinə daha əlverişli texniki və iqtisadi təkliflərin verilməsinə imkan yaradır.
Şirkətin mütəxəssisləri tərəfindən avadanlığın seçilməsi və istismarı barədə ətraflı texniki məsləhətlərin verilməsi təmin edilir.
Şirkətimiz fəaliyyət müddətində avadanlığın quraşdırılması ilə yanaşı istismar müddətində müştərilərimizə yüksək keyfiyyətdə texniki servis xidmətinin göstərilməsinə önəm vermişdir.

Şirkətimizin əsas göstərdiyi xidmətlər:

- Çoxmənzilli audio və video domofon sistemlərinin montaj edilməsi;
- Çoxmənzilli audio və video domofon sistemlərinin texniki qulluğu;

("CYFRAL BAKI" şirkəti həmçinin digər domofon şirkətləri tərəfindən quraşdırılmış domofon sistemlərinə də texniki servis göstərir)

"CYFRAL BAKI" şirkətinin saytında siz digər faydalı məlumatlarıda əldə edə bilərsiz:
- girişə nəzarət sistemlərinin (GNS) təmiri və servisi üzrə texniki xidmətə (TSTX) daxil olan işlər barədə;
- təmir və servis üzrə texniki xidmətə (TSTX) görə ödəniş qaydaları ilə;
- şirkət tərəfindən təqdim olunan yeni avadanlıqlar və xidmətlər həmçinin keçirilən kompaniyalar barədə;
- girişə nəzarət sistemlərinin (GNS) təmiri və servisi üzrə texniki xidmət müqaviləsinin şərtləri barədə;

Həmçinin bizim abunəçilər mənzilə çatdırılma ilə açar sifariş verə bilərlər, ödənişləri barədə məlumat əldə edə bilərlər, əlavə audio və video domofonların qoşulması uçün sifariş verə bilərlər, mənzillərindəki videodomofonların blok kamerasına qoşulmalarına sifariş verə bilərlər. "CYFRAL BAKI" şirkəti geniş istehlakçı dairəsinə istıqamətlənir və öz müştərilərinə yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir. Hər bir müştərinin fərdi xüsusiyyətlərini nəzərə alaraq yanaşma bizim əsas prinsipimizdir. Biz əməkdaşlığa və konstruktiv dialoqa həmişə hazırıq. Biz çevik və mobil infrastruktur yaratmışıq ki, o da öz növbəsində sifarişləri operativ şəkildə yerinə yetirməyə imkan verir. Bunun üçün bizdə lazım olan bütün şərait mövcuddur: işgüzar əlaqələr, etibarlı partnyorlar, yüksək ixtisaslı kadrlar və ən əsası isə Sizə yüksək səviyyədə xidmət göstərərək əməkdaşlıq etmək əzmində olan işgüzar və enerjili kollektiv.

Yeniliklər